İnfeksionist — yoluxucu xəstəliklərin (infeksiyaların) diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan ixtisaslaşmış həkimdir. Bu həkim orqanizmə virus, bakteriya, göbələk və parazitlər kimi mikroorqanizmlərin daxil olması nəticəsində yaranan xəstəlikləri araşdırır və müvafiq tibbi tədbirlər həyata keçirir.
İnfeksionist hepatitlər (A, B, C və s.), COVID-19, qrip, vərəm, bağırsaq infeksiyaları, meningit, sepsis, malyariya, Zöhrəvi və digər yoluxucu xəstəliklərin aşkarlanması və müalicəsində mühüm rol oynayır. O, xəstənin vəziyyətini dəyərləndirmək üçün qan analizləri, mikrobioloji testlər, seroloji üsullar və digər laborator diaqnostika metodlarından istifadə edir.
Müalicə zamanı infeksionist antibiotiklər, antiviral, antiparazitar və antifungal preparatlardan istifadə edir, eyni zamanda xəstəliyin yayılmasının qarşısını almaq üçün karantin və profilaktik tədbirlər təyin edir. Həmçinin peyvəndləmə və infeksiyadan qorunma yolları barədə tövsiyələr verir.
İnfeksionistlər xəstəxanalarda, yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış şöbələrdə, tədqiqat mərkəzlərində və sanitariya-epidemiologiya xidmətlərində fəaliyyət göstərirlər. Onların rolu cəmiyyətin sağlamlığının qorunmasında, epidemiyaların yayılmasının qarşısının alınmasında və vaxtında müalicənin təmin edilməsində olduqca vacibdir.